Uruqvay millisi üçüncü yeri tutdu - Amerika Kuboku

ABŞ-ın ev sahibliyi etdiyi Amerika Kubokunda üçüncü yerin sahibi bəlli olub.

Metbuat.az xəbər verir ki, Kanada və Uruqvay komandalarının üz-üzə gəldiyi görüşün əsas və əlavə vaxtı 2:2 hesabı ilə bitdiyi üçün penaltilər seriyası oynanılıb. Burada daha dəqiq olan Uruqvay seçməsi (4:3) üçüncü yerə sahib çıxıb.

Qeyd edək ki, Amerika Kubokunun finalında Argentina və Kolumbiya komandaları qarşılaşacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR