Sökülən körpünün ərazisində işlər nə vaxt yekunlaşacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, 20 may tarixindən etibarən təmir-tikinti işləri ilə əlaqədar Cavanşir körpüsü üzərində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Bəs, tikinti işləri aparılan yol nə vaxt istifadəyə veriləcək?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli Metbuat.az-a bildirib ki, hazırda təmir-tikinti işləri davam etdirilir.

"Artıq körpü sökülüb. Ərazidən söküntü materialları çıxarılıb. Torpaq yatağı işlənəcək. Təqribən 3 ay ərzində yolun istifadəyə veriləcəyi planlaşdırılır".

Seyranə Quliyeva / Metbuat.az




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı