Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində üz-üzə gəlib.
Metbuat.az xəbər verir ki, “Linkoln” komandası Cəbəllütariqdə Maltanın “Hamrun” kollektivini qəbul edib.
Matç 1:0 hesabı ilə qonaq komandanın xeyirinə başa çatıb. İlk görüşdə "Linkoln" səfərdə minimal üstünlüklə (1:0) qələbə qazandığından ümumi hesab bərabərləşib. Qarşılaşma əlavə vaxta, daha sonra penaltilər seriyasına qədər uzanıb.
Burada daha dəqiq oynayan "Linkoln" (5:4) kollektivi II təsnifat mərhələsinə yüksəlib.
Qeyd edək ki, Azərbaycan çempionu Cəbəllütariq təmsilçisi ilə ilk matçını iyulun 23-ü və ya 24-də səfərdə keçirəcək. Cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.