İngilislərdən Vinisius üçün fantastik məbləğ - İlin transferi reallaşa bilər

İngiltərənin "Mançester Yunayted" klubu "Real Madrid"də forma geyinən braziliyalı ulduz Vinisius Junioru transfer etmək istəyir.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, ingilislər futbolçu ilə 5 illik müqavilə imzalamaq niyyətindədir, müqavilənin dəyəri isə 200 milyon avro olacaq.

"Mançester Yunayted"in oyunçu üçün ispanlara 230 milyon avro ödəməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, Vinisius Juniorun "Real Madrid" ilə müqaviləsi 2027-ci ildə bitir. Onun bazar dəyəri 180 milyon avrodur. Futbolçunun "Mançester Yunayted"ə mümkün keçidi ilə bağlı qış transfer pəncərəsində də xəbərlər yayılmışdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR