Qattuzo Azərbaycan millisinin üzvünü istəyir

Azərbaycan millisinin hücumçusu Renat Dadaşov karyerasını Xorvatiyada davam etdirə bilər.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

"Hayduk" klubu onun xidmətində maraqlıdır. Ötən mövsümü icarə əsasında Türkiyənin "Hatayspor" klubunda çıxış edən Dadaşov müqavilə ilə məxsus olduğu "Qrasshopper"ə qayıtsa da, isveçrəlilər onu saxlamağı düşünmür. Həmçinin futbolçu özü də ayrılmaq arzusundadır.

Belə bir durumda "Hayduk"un baş məşqçisi Cennaro Qattuzo və idman direktoru Nikola Kaliniçin marağı göydəndüşmə olar. Onlar Dadaşovu transfer edərək, onu hücumun mərkəzində oynatmağı, Marko Livayanı isə pleymeyker mövqeyinə qaytarmağı düşünür. Bir neçə gün əvvəl İvan Rakitiçi heyətinə cəlb edən "Hayduk" millimizin üzvünün keçidi üçün 1,8 milyon avrosundan keçməlidir. Ancaq xorvatlar "Qrasshopper"i daha aşağı qiymətə razı salmağa çalışır.

Qeyd edək ki, Renat Dadaşovun "Qrasshopper"lə sözləşməsi 2025-ci ilin yayına qədərdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı