Gəncə-Bakı yolunu sel basdı, yol bağlandı - FOTO

Bakı-Gəncə magistralında körpünün altına sel suları yığılan əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Metbuat.az Apa-ya istinadən bildirir ki, FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri tərəfindən suyun çəkilməsinə başlanıb.

    ***

    10.35

    Bakı-Gəncə magistralında körpünün altına sel suları yığıldığından sürücülər alternativ yoldan istifadə edirlər.

    Metbuat.az bildirir ki, alternativ yol kimi istifadə olunan üst yolda torpaq sürüşməsi baş verib və asfalt qatının bir hissəsi çöküb.

    Yolun altından keçən suötürücüdən həddən artıq su keçməsi nəticəsində boru ilə asfalt qatı arasındakı torpaq yuyularaq aşınıb.

    ***

    08.51

    Gəncədə sel ciddi fəsadlar törədib.

    Metbuat.az bildirir ki, şəhərin çıxışında Gəncə-Bakı yolunun Nizami məqbərəsində körpünün altına sel sulları dolub.

    Nəticədə magistal yol tam bağlanıb, sürücülər alternativ yolla hərəkət edirlər.

    Qeyd edək ki, qərb bölgəsində yağışlı hava davam edir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı