Bakının bu hissəsində qaz kəsiləcək

Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı 30.07.2024-cü il saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz"dan Metbuat.az-a verilən məlumata görə, işlər yekunlaşanadək Mətbuat prospekti, Mikayıl Müşfiq, Hüseyn Cavid, Ələsgər Ələkbərov, İzzət Bağırov və Ayna Sultanova küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı