"Messi" "Kamp Nou"ya qayıda bilər

"Barselona"nın keçmiş futbolçusu Lionel Messi "Kamp Nou"ya qayıda bilər.

Metbuat.az xəbər verir ki, “Barselona” "Kamp Nou" stadionunda təmir işlərini davam etdirir və ilin sonuna qədər işlərin böyük hissəsi yekunlaşa bilər. Məlumata görə, işlər tamamlanandan sonra klub matçlarını “Camp Nou”da keçirəcək. Bu baş verərsə, "İnter Mayami"nin MLS mövsümü başa çatacaq və ABŞ klubu yoldaşlıq oyunları keçirə biləcək. Başqa sözlə, Lionel Messinin komandası və “Barselona” yoldaşlıq oyunu keçirə bilər.

“İnter Mayami”nın təşkilatçı direktoru Xavier Asensi, Messi, Serxio Buskets, Xordi Alba və Luis Suares “İnter Mayami”yə transfer olunduqdan sonra niyə klubla “Barselona” arasında yoldaşlıq oyunu keçirilmədiyi soruşulub. “Mundo Deportivo”ya danışan Asensi yoldaşlıq oyunun keçirilə biləcəyini ifadə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR