Artıq "Whatsapp"da bunu etmək olacaq

Dünyanın ən çox istifadə edilən mesajlaşma proqramı olan “Whatsapp” yeni funksiyasını təqdim etməyə hazırlaşır.

Metbuat.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Yeni özəllik sayəsində istifadəçilər gələn mesajlara iki dəfə toxunmaqla onu bəyənə biləcəklər.

Yeni funksiyanın hazırda təkmilləşdirmə mərhələsində olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR