Haniyə dəfn edildi - FOTO

Sui-qəsd nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun sədri İsmayıl Haniyə Qətərdə dəfn edilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, Tehranda qətlə yetirilən İsmayıl Haniyə üçün Qətərin paytaxtı Dohada dəfn mərasimi keçirilib.

Haniyənin cənazəsi Dohadan 15 kilometr şimalda yerləşən Lusail şəhərində dəfn edilib.

Qeyd edək ki, HƏMAS rəhbəri İsmayıl Haniyə Tehrandakı iqamətgahının raketlə vurulması nəticəsində həyatını itirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı