Xalq artistinin səhhəti pisləşdi

Xalq artisti Ənvər Həsənovun səhhəti yenidən pisləşib, hazırda evində müalicəsi davam edir.

Metbuat.az Apa-ya istinadən bildirir ki, bu barədə aktyorun qızı məlumat verib. Onun sözlərinə görə, Xalq artisti bir neçə gündür ki, özünü yaxşı hiss etmir.

“Problem daha çox qaraciyəri ilə bağlıdır. Yeməyi, yuxusu da qaydasında deyil”, - qızı əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı