Sənan Süleymanov yarımfinalda - YENİLƏNİB

Sənan Süleymanov (77 kq) Paris Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda macarıstanlı Zoltan Levayla üz-üzə gəlib.

    1/8 finalda zədələnən idmançımız yarımfinala vəsiqə qazanıb.

    ***

    Azərbaycanın 77 kq çəki dərəcəsində yer alan güləşçisi yunan-Roma güləşçisi Sənan Süleymanov 1/4 finala vəsiqə qazanıb.

    Metbuat.az bildirir ki, təmsilçimiz 1/8 final mərhələsində Bolqarıstanı təmsil edən Ayk Mnatsakanyanla qarşılaşıb. Görüş idmançımızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

    Güləşçimiz 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla qarşılaşacaq.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR