Kurskda yerləşən AES təhlükə altındadır

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi Rusiyanın Kursk Atom Elektrik Stansiyasının (AES) yerləşdiyi Kursk vilayətində yaranmış vəziyyət fonunda nüvə qəzasının qarşısını almaq üçün tərəfləri “maksimum təmkinli olmağa” çağırıb.

Metbuat.az TASS agentliyinə istinadən xəbər verir ki, o, agentliyin saytında yerləşdirilən açıqlamasında bildirib:

"Mən bütün tərəfləri ciddi radioloji nəticələrə səbəb ola biləcək nüvə qəzasının qarşısını almaq üçün maksimum təmkinli olmağa çağırmaq istərdim. Mən şəxsən hər iki ölkənin müvafiq qurumları ilə əlaqə saxlayıram və bu məsələ ilə bağlı nəzarəti davam etdirəcəyəm. Mən beynəlxalq ictimaiyyəti lazımi qaydada məlumatlandırmağa davam edəcəyəm”.

Qrossi onu da qeyd edib ki, yerləşdiyi yerdən asılı olmayaraq, atom elektrik stansiyasının fiziki bütövlüyünü təmin etmək lazımdır.

O, əlavə edib ki, agentlik “Kursk Atom Elektrik Stansiyasının (AES) yaxınlığında baş verən hərbi əməliyyatlarla bağlı vəziyyəti izləyir.

"Rusiya Federasiyası ilə Ukrayna arasında mövcud münaqişə kontekstində Zaporojye AES üçün yaradılıb və bu vəziyyətdə eyni dərəcədə təhlükəlidir”, - MAQATE rəhbəri əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı