Yaponiyada üç gündür meşə yanğınları davam edir.
Metbuat.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Bildirilib ki, yanğınlar nəticəsində bir qadın dünyasını dəyişib.
Afinadan 35 kilometr şimalda Varnavas kəndi yaxınlığında baş vermiş yanğınların söndürülməsinə altı təyyarə və yüzlərlə xilasedici cəlb olunub.
Xilasedicilərin səyi nəticəsində alovun genişlənməsinin qarşısını almaq mümkün olub.