“Real Madrid” Toni Kroosun yerini doldurmaq üçün transfer etməyib.
Metbuat.az xəbər verir ki, “Real” problemi daxildən həll edəcək. "Real Madrid" 10 ildən sonra Toni Kroossuz mövsüm keçirəcək. İş o yerə çatıb ki, alman futbolçunun yoxluğu komandanın bütün planlarını dəyişib. Kroos təkcə komanda üçün əsas deyil, həm də komandanın oyununu tənzimləyən futbolçu idi. Məlumata görə, baş məşqçi Karlo Ançelottiyə köməkçiləri Koosun mövqeyi üçün 3 futbolçu təklif edib.
Onlardan biri müqaviləsi daha bir il uzadılan Luka Modriçdir. Ötən il əvəzedici oyunçu olan Modriç indi Kroosun yoxluğunda bu vəzifəni tuta bilər. Ancaq Modriç də yaşı ilə bağlı müvəqqəti həlldir. İkinci variant isə Fede Valverdedir. Uruqvaylı futbolçu 8 rəqəmini alaraq onu əvəzləyə bilər. Valverdenin üslubu Kroosdan fərqlidir və daha çox fiziki yönümlüdür və onun oyunçu keyfiyyəti alman futbolçudan aşağıdır. Ancaq çalışqanlığı ilə bunu bacarır.
Ançelottiyə təklif edilən üçüncü futbolçu isə Arda Gülərdir. Həlledici ötürmələri ilə bağlı qeyri-ənənəvi baxışı olan oyunçu əslində bu vəzifə üçün transfer edilib.