Azərbaycan futbolunda ilk - "Qarabağ"dan iki rekord

Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"ın "Ludoqorets" zəfəri Azərbaycan futbolu üçün həm də 2 yeni rekordla yadda qalıb.

Metbuat.az xəbər verir ki, ilk dəfə bir Azərbaycan klubu avrokuboklarda səfərdə rəqibin qapısından 7 top keçirib.

"Qarabağ" dünənki qələbə ilə başqa bir rekorda da şərik olub. İkinci dəfədir ki, Azərbaycan klubu səfərdə 5 top fərqi ilə qələbə qazanır - ilk dəfə 2012-ci ildə "İnter" Estoniyanın "Trans" klubunu səfərdə 5:0 hesabı ilə məğlub etmişdi.

Klublarımızın avrokuboklardakı digər böyükhesablı səfər qələbələri:

30.06.2011. Banqa (Litva) – Qarabağ - 0:4
05.07.2012. Trans (Estoniya) – İnter - 0:5
29.06.2017. Mladost (Serbiya) – İnter - 0:3
11.07.2019. Speranta (Moldova) – Neftçi - 0:3

Qeyd edək ki, ötən gün "Qarabağ" Bolqarıstanda "Ludoqorets"i əlavə vaxtda 7:2 hesabı ilə məğlub edərək Çempionlar Liqasının play-off mərhələsinə vəsiqə qazanıb. Komandaların Bakıdakı matçı qonaqların 2:1 hesablı qələbəsi ilə bitmişdi.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı