Yeni VAR sistemi gəldi - Qərarlar belə veriləcək

İngiltərə Premyer Liqasında hakim qərarlarında mühüm rol oynayan mövcud VAR sistemi yeni sistemlə əvəzlənir.

Metbuat.az xəbər verir ki, yeni "Dragon (Dragon)" sistemi ilə hər stadionda azı 28 iPhone 14 yerləşdiriləcək. Smartfonlar matçı və epizodları hər tərəfdən çəkəcək. Avtomatik aşkarlama sistemi oyunda mühüm məqamları aşkarlaya və bəzi kameraların çəkiliş keyfiyyətini müvəqqəti artıra biləcək. Sistem matç zamanı futbolçuların hərəkətlərini minlərlə mövqedən lentə ala biləcək. Buna görə də, iPhone-un yüksək kadr sürətinə sahib olması vacibdir. Digər tərəfdən, saniyədə 50 kadra qədər çəkiliş sayəsində epizodları daha dəqiq müəyyən etmək mümkün olacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR