"ÜST-ün xəbərdarlığı təsadüfi deyil" - Professor

Konqo Demokratik Respublikasında meymun çiçəyi virusu qonşu ölkələrə sürətlə yayılır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu vəziyyətin ciddiyyətini nəzərə alaraq, son iki il ərzində ikinci dəfə qlobal ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət elan etməyə məcbur qalıb. Bəs virusun ölkəmizdə yayılma ehtimalı varmı?

Mövzu ilə bağlı Metbuat.az-a danışan professor Adil Qeybulla bildirib ki, meymunçiçəyi çiçək virusunun növlərindən biridir:

"Meymunlarda daha çox rast gəlindiyindən bu cür adlanır. Xəstəliyin bir neçə epidemik ocağı var. Bu virusun 2022-ci ildə xeyli ölkəyə yayılması halları aşkar edilib. Virus əsasən insandan-insana və heyvandan-insana keçə bilir. İnsan virusa yoluxduğu halda yüksək hərarət, baş, əzələ ağrıları müşahidə olunur. Xəstəlik ölümlədə nəticələnə bilir. Adətən xəstəlik 10-12 gün müddətində sona çatır. Yeni növ mutasiya etmiş formadır. Ona görə, diqqətli olmaq lazımdır. ÜST-ün xəbərdarlığı da təsadüfən deyil".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı