Yeni gəlmişdi, gedir - “Real”da sürpiz ayrılıq

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti heyət planları ilə bağlı qərarını verib.

Metbuat.az xəbər verir ki, iddialara görə, ehtiyat oyunçular siyahısı Brahim Diaz, Arda Güler, Dani Seballos və Lukas Vaskesdən ibarətdir. Endrikin də bu siyahıda olacağı deyilirdi. Lakin Ancelotti braziliyalı oyunçunu yoldaşlıq matçlarında oynatdıqdan sonra indiyədək rəsmi oyunlara daxil etməyib. İddia edilir ki, Endrik dəqiqələr ala bilməyəcəyi təqdirdə komandadan ayrılacaq. “Real Madrid”in Endrikin getməsinə etiraz etməyəcəyi deyilir.

Oynamaq şansı əldə edə bilməyən futbolçunun icarəyə getməyə qərar verdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR