İngilis ulduz "Fənərbağça"ya keçə bilər

"Çelsi"də forma geyinən ingilis futbolçu Rahim Sterlinq karyerasını Türkiyədə davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, İngiltərənin "Mirror" nəşrinin yazdığına görə, London klubundan ayrılacağı gözlənilən Sterlinqlə "Fənərbağça" maraqlanır. Joa Feliksin transfer edilməsindən sonra ayrılma ehtimalı daha da artan Sterlinqi həmçinin Səudiyyə klublarından "Əl Əhli" və İtaliyanın "Yuventus" klubları da almaq istəyir.

Məlumata görə, "Yuventus" oyunçunu almaqda daha şanslıdır, lakin Mourinyo faktı oyunçunun İstanbul təmsilçisini seçməsinə təsir edə bilər.

Qeyd edək ki, Rahim Sterlinq ötən mövsüm "Çelsi"də 31 oyunda meydana çıxıb və 8 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR