"Fənərbağça"nın istədiyi Merih qərarını verdi

Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda forma geyinən Türkiyə millisinin futbolçusu Merih Demiral kariyerası ilə bağlı qərarını verib.

Metbuat.az xəbər verir ki, bu barədə məşhur insayder Fabriziyo Romano məlumat yayıb. O bildirib ki, Avropadan bir neçə təklifin olmasına baxmayaraq, Merih kariyerasını Səudiyyə liqasında davam etdirəcək.

Qeyd edək ki, 26 yaşlı Merih Demiral "Əl-Əhli" klubuna 2023-cü ildə İtaliyanın "Atalanta" klubundan 16 milyon avroya transfer edilmişdi. O, bu klubda 22 matça çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bu yay futbolçu ilə İstanbulun "Fənərbağça" klubu da maraqlanırdı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı