Fransa prezidenti Pavel Durovun həbsinə münasibət bildirdi

Fransa Prezidenti Emmanuel Makron "Telegram" mesencerinin təsisçisi Pavel Durovun Fransada saxlanılmasına münasibət bildirib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Pavel Durov davam edən məhkəmə istintaqı çərçivəsində saxlanılıb. Makron Durovun saxlanılmasının siyasi qərar olmadığını irəli sürüb.

"Mən burada Pavel Durovun həbsindən sonra Fransa ilə bağlı yalan məlumatlar oxuyuram. Fransa ifadə və ünsiyyət azadlığına, innovasiyaya və sahibkarlığa həmişəkindən daha sadiqdir. Bu, belə də qalacaq"

Qeyd edək ki, Paris prokurorluğu Pavel Durovun 12 cinayət törətməkdə ittiham olunduğunu açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı