Messiyə 1 milyardlıq təklif - Düşünmədən cavab verdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu Lionel Messiyə bonuslar da daxil olmaqla, illik 1 milyard avro təklif edib.

Metbuat.az xəbər verir ki, Messi “İnter Mayami”dən ayrılmaq istəməyib. Bildirilir ki, Messi təklifi qəbul etsəydi onun həftəlik qazancı 15 milyon avro olacaqdı. Bildirilir ki, Messi təklifi nəzərdən belə keçirmədən rədd edib. Karyerasında 1 dünya kuboku da daxil olmaqla 44 kubok qazanan Lionel Messi “Əl-Hilal”ın təklifini qəbul etsəydi, “Əl-Nəssr”də çıxış edən Kriştiano Ronaldo ilə yenidən rəqib olacaqdı.

Qeyd edək ki, “Əl-Hilal” klubu Lionel Messi “İnter Mayami” klubuna transfer olarkən ona təklif irəli sürmüş, lakin futbolçu təklifi qəbul etməmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR