Arıqlamaq istəyənlərin nəzərinə - Üç içkidən uzaq durun

Bəzi içkilər xüsusən də həddindən artıq istehlak edildikdə sağlamlığınıza mənfi təsir göstərə bilər.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bunlar əsasən yüksək kalorili və şəkərli içkilərdir. Belə içkilər insulin müqavimətinə və çəki artımına səbəb ola bilər. Bu mənada mütəxəssislər adətən 3 içkinin adını çəkirlər:

Qazlı içkilər - Onların nə qədər zərərli olduğunu eşitmək artıq təəccüblü deyil. Mütəxəssislər müəyyən qazlı içkilərin tərkibindəki bəzi maddələrin hətta kanserogen təsirlərlə əlaqələndirildiyini aşkar ediblər. Qazlı içkilər eyni zamanda həzm prosesinə də mənfi təsir edir.

Meyvə şirəsi - Tərkibində böyük miqdarda fruktoza var ki, bu da insulin səviyyəsini artırır və qana tez sorulur. Üstəlik, mağazada satın alınan şirələr də tez-tez əlavə şəkər və digər zərərli maddələr ehtiva edir. Əlavə kalorilərdən qaçmaq üçün təzə sıxılmış şirələr içmək daha faydalıdır.

Qəhvə - Həddindən artıq kalori və əlavə şəkər səbəbiylə istəmədən kilo almağınıza səbəb ola bilər, həmçinin maddələr mübadiləsini yavaşlada bilər. Diyetoloqlar deyirlər ki, şəkərsiz süd ilə qara qəhvə seçmək səhər içkinizi aşağı kalorili saxlaya və arıqlamağa kömək edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı