"Real"da sular durulmur - Ardaya görə Ançelottiyə üsyan edildi

İspaniya La Liqasının 3-cü həftəsində "Real Madrid" səfərdə "Las Palmas"la heç-heçə etməsindən sonra baş məşqçi Karlo Ançelotti tənqid edilib.

Metbuat.az xəbər verir ki, 1-1 hesabı ilə yekunlaşan matçda Ançelottinin oyunçu seçimində səhvlərə yol verdiyi irəli sürülüb. İkinci hissəyə Brahim Diaz və Rodriqonun əvəzləmələri ilə başlayan “Real” hesabı bərabərləşdirə bilməyib. 64-cü dəqiqədə Luka Modriçin yerinə Arda Gülər oyuna daxil olub. Arda Güler oyuna daxil olandan sonra onun səyi nəticəsində top rəqibin əlinə dəyib və hakim penalti verib. “Real” hesabı bərabərləşdirib.

Qalan dəqiqələrdə başqa qol olmadığından komandalar meydanı hərəyə bir xalla tərk ediblər. Matçdan sonra baş məşqçi Karlo Ançelotti gözlənilməz reaksiya ilə qarşılaşıb.

İspaniya mətbuatı Arda Güleri oyuna gec daxil etdiyi üçün baş məşqçi Karlo Ançelottini hədəfə alıb. “Defenca Central”da dərc edilən xəbərdə bu ifadələr yer alıb: “Arda Güler daha pis bitə biləcək matçın ən yaxşılarından biri idi”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı