Bu halda müharibə tez bitə bilər - Politoloq

"Bu gün Ukraynada faktiki olaraq müharibə gedir. Nazirlərin istefa verməsi onu göstərir ki, hökumət daxilində parçalanma var".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib. O bildirib ki, V. Zelenski və hökumət nümayəndələri arasında fikir ayrılığı var:

"Çünki Zelenski müharibənin davam etdirilməsinin tərəfdarıdır. Onun administrasiyası da bunu istəyir. Amma görünür ki, nazirlər arasında gizli danışıqlar gedir. Qərb müharibənin bitməsini istəmir. Müharibənin daha uzun müddət davam etməsini hesablayır. Görünür ki, Zelenski Qərblə bu məsələni müzakirə edir. Nazirlər isə artıq Çinlə əlaqələri genişləndirir. Bu parçalanmanın səbəbi oradan qaynaqlana bilər".

Politoloq qeyd edib ki, qurulacaq hökumətin tərkibində olacaq şəxslərin bioqrafiyasına baxaraq biz deyə bilərik ki, bu, müharibəyə necə təsir edəcək:

"Əgər Qərb yönümlü şəxslər hakimiyyətə gələrsə, bu müharibənin daha uzun müdət davam etməsi ehtimalını yaradır. Yox əgər, Qərb yönümlülər az olarsa, onda müharibənin bitməsinə uyğun qərarların qəbul edilməsini görmək olar".

Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı