Klopp qayıdır - Sürpriz qərar

Yurgen Klopp Dortmund "Borussiya"sının sabiq futbolçuları Lukaş Pişek və Yakub Blaşçikovski ilə vida matçı üçün bir günlük meydançaya qayıdır.

Metbuat.az xəbər verir ki, Klopp “Signal İduna Park”da bir günlük məşq keçirəcək. Qeyd edək ki, Pişek və Blaşçikovski Kloppun Dortmundda olduğu müddətdə mühüm rol oynayıblar və klubda uğurlar qazanıblar. Dortmundda keçirdiyi 7 il ərzində Klopp 319 matçda 180 qələbə qazanıb. Klopp, iki Bundesliqa çempionluğu və Almaniya Kubokunu qazanıb. Klopp Dortmund "Borussiya"sı ilə Çempionlar Liqasının finalında “Bayern Münhen”ə məğlub olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR