Yağışdan gizlənən 7 nəfər ildırımdan öldü

Hindistanda ildırım vurması 7 nəfərin ölümünə səbəb olub.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin Çhattisqarh ştatında meydana gəlib. Belə ki, güclü yağışdan qorunmaq üçün əkin sahəsində ağacın altında gizlənən şəxsləri ildırım vurub.

Eyni zamanda 3 nəfərin də ağır yaralandığı bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR