İsrailə silah ixracına qadağa qoyulması tələbini rədd etdilər

Hindistan məhkəməsi İsrailə silah ixracının dayandırılması tələbini rədd edib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı ölkənin ali məhkəməsi bəyanat yayıb. Məlumata görə, Hindistan hökumətinin materialların hər hansı bir ölkəyə ixracına qadağa qoymaq səlahiyyəti yoxdur.

Qeyd edək ki, sentyabrın 4-də aralarında bəzi diplomatların da olduğu 11 nəfər İsrailin Qəzzada soyqırım törətdiyini əsas gətirərək Yeni Dehli administrasiyası və Hindistan şirkətlərinin Tel-Əvivə silah ixracının dayandırılması üçün Ali Məhkəməyə müraciət etmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı