900-cu qolunu vuran Ronaldo Messiyə bu mesajı göndərdi

Kriştiano Ronaldo Portuqaliyanın Millətlər Liqasında Xorvatiyaya 2:1 hesabı ilə qalib gəldiyi matçda tarixi qola imza atması ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, 900-cu qoluna imza atan Ronaldo Lionel Messiyə mesaj göndərib. Ronaldo Portuqaliyanın AVRO-2016-dakı qələbəsinin Dünya Kubokunu qazanmağa bərabər olduğunu irəli sürüb. Ronaldo 2026-cı il dünya çempionatında iştirak imkanları barədə də danışıb. Ronaldo qeyd edib ki, karyerasını dünya kubokunu qazanmadan bitirmək ehtimalı onu narahat etmir. O, artıq Portuqaliya ilə Avropa Çempionatını və Millətlər Liqasını qazandığını qeyd edib.

Ronaldo "Portuqaliyanın Avropa Çempionatını qazanması Dünya Kubokunu qazanmağa bərabərdir. Portuqaliya ilə iki kuboku qazandım, bunu çox istəyirdim. Məni motivasiya edən bu deyil. Məni motivasiya edən futboldan həzz almaqdır və rekordlar təbii olaraq gəlir” deyə bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR