Məşhur rok qrupu Trampı məhkəməyə verdi

“The White Stripes” rok qrupu Donald Trampı təşviqat videolarında mahnılarının qanunsuz istifadəsinə görə məhkəməyə verib.

Metbuat.az bildirir ki, Donald Trampın kampaniya komandası mahnıların icazəsiz istifadəsi ilə yenidən gündəmə gəlib. Bu dəfə “The White Stripes” rok qrupu Trampın kampaniya videosunda hit olan “Seven Nation Army” mahnısının “açıq-aydın sui-istifadəsinə” qarşı iddia qaldırır.

“Seven Nation Army” mahnısı Trampın kommunikasiyalar üzrə direktor müavini Marqo Martin tərəfindən keçən ay yayımlanan kampaniya videosunda icazəsiz istifadə edilib. Bildirilib ki, avqustun 29-da paylaşılan və daha sonra silinən videoda Tramp mahnının müşayiəti ilə təyyarəyə minərkən görüntülənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR