Rusiyada helikopter qəzaya uğradı - axtarış aparılır

Rusiyanın Amur vilayətində göyərtəsində üç nəfərin olduğu "Robinson R66" helikopteri itib.

Metbuat.az TASS-a istinadən xəbr verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Helikopter havaya qalxdıqdan bir müddət sonra yoxa çıxıb. İlkin ehtimala görə o, Zolotaya Qora kəndi yaxınlığında qəzaya uğrayıb.

Nazirlikdən verilən məlumata görə, axtarışlar davam edir. Axtarışlara Mi-8 helikopteri də cəlb olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR