Bu bitkilər qaraciyəri müalicə edir

Qaraciyərə faydalı bir çox dərman bitkiləri var.

Metbuat.az sağlamolun.az-a istinadən onlardan bəzilərini və istifadə qaydalarını təqdim edir:

Nanə

- Faydaları: Nanə zəhərlənmə zamanı çox faydalıdır, qaraciyərə toksik maddələrdən təmizlənməyə və daha çox öd istehsal etməyə kömək edir.

- Hazırlanması: 5 qram nanə yarpağını 1 stəkan qaynar su ilə dəmləyin, 15 dəqiqə saxlayın.

- İstifadəsi: Hər 3 saatdan bir 1 xörək qaşığı içmək məsləhətdir.

Gənəgərçək (Calendula)

- Faydaları: Gənəgərçək qaraciyərdə maddələr mübadiləsini sürətləndirir, onun sekretor funksiyasını yaxşılaşdırır və öd ifrazını artırır.

- Hazırlanması: 2 çay qaşığı çiçəyi 2 stəkan qaynar su ilə dəmləyin, 1 saat saxlayın, sonra süzün.

- İstifadəsi: Bu müalicəvi içkidən gündə 4 dəfə yarım stəkan içmək məsləhətdir.

Papatya

- Faydaları: Papatya qaraciyər ağrılarına yaxşı təsir edir, spazmları tez aradan qaldırır və bütün bədənə sakitləşdirici təsir göstərir.

- Hazırlanması: 1 xörək qaşığı quru papatyanı 1 stəkan qaynar su ilə dəmləyin, 20 dəqiqə saxlayın.

- İstifadəsi: Süzün və səhər-axşam yarım stəkan için.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı