Rusiya hökuməti neft və qaz gəlirlərinin növbəti üç il ərzində azalacağını gözləyir.
Metbuat.az bildirir ki, bu barədə "Bloomberg" məlumat yayıb. Məlumata görə, Kreml üçün əsas maliyyə mənbəyi 2024-cü ildən 2027-ci ilə qədər 14% azalacaq ki, bu da Ukraynaya qarşı müharibəyə və Moskvanın hərbi xərclərinə təsir göstərəcək.
Qeyd olunur ki, gələn il Rusiya neft-qaz sənayesi dövlət xəzinəsinə 10,94 trilyon rubl və ya 118 milyard dollar vergi daxil etməlidir. Bu, 2024-cü il üçün proqnozdan 3,3% azdır. Növbəti iki ildə illik gəlirlərin azalacağı və 2027-ci ildə 9,77 trilyon rubl təşkil edəcəyi gözlənilir.