“Whatsapp”da yenilik - Bu mesajlar bloklanacaq

“WhatsApp” platforması yeni məxfilik funksiyası ilə kənar şəxslərin mesajlarını avtomatik bloklamağa başlayacaq.

Metbuat.az xəbər verir ki, bu barədə “WABetaInfo” məlumat yayıb.

Bildirilib ki, yeni funksiya 2.24.20.16 test versiyasına daxil edilib. Belə ki, proqram parametrlərinin “Advanced” bölməsində “Block unknown account messages” adlı seçim olacaq.

Yeni xüsusiyyət tanımadığınız insanlardan gələn bütün mesajlar üçün keçərli olmayacaq. Funksiya yalnız mesajlarda uyğun olmayan davranış aşkar etdikdə tətbiq olunacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR