​Hindistanda dini ayin zamanı faciə baş verdi

Hindistanın Bihar əyalətində dini ayin zamanı faciə baş verib.

Metbuat.az xəbər verir ki, dini ayin zamanı çaya girən 46 nəfər boğularaq ölüb. Məlumata görə, hadisə qadınların uşaqları üçün oruc tutaraq çaya birlikdə girdiyi “Jivitputrika festivalı” zamanı baş verib. Yerli dairələrin məlumatına görə, 15 müxtəlif bölgədə dini ayinlər zamanı 37-si uşaq olmaqla 46 nəfər nəfər ölüb.

İtkin düşmüş şəxslərin axtarışları davam edir. Baş nazir Nitish Kumar həyatını itirənlərin ailələrinə başsağlığı verib və ailələrə təzminat ödəniləcəyini açıqlayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı