Futbol üzrə Azərbaycan Premyer Liqasının VIII turunda "Zirə" "Kəpəz"i məğlub edib.
Metbuat.az xəbər verir ki, paytaxt təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.
42-ci dəqiqədə Ceyhun Nuriyev, 51-ci dəqiqədə Rüstəm Əhmədzadə, 57-ci dəqiqədə Davit Volkov fərqlənib.
"Qartallar" bu nəticədən sonra 15-ci xalını qazanıb və ikinci sıradakı "Qarabağ"a çatıb. Bütün görüşlərdə uduzan "Kəpəz" sonuncu - 10-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, günün digər qarşılaşmasında "Neftçi" "Sumqayıt"ı qəbul edəcək. ötən gün "Araz-Naxçıvan" "Səbail"i məğlub edib - 3:2. Turun digər matçları sentyabrın 29-da baş tutacaq.