"Fənərbağça​"ya "Tvente" matçı öncəsi pis xəbər

“Fənərbağça” “Antalyaspor”la matçda zədələnən Çağlar Söyüncü ilə bağlı açıqlama verib.

Metbuat.az xəbər verir ki, klubdan zədələnən Çağlar Söyüncünün səhhəti ilə bağlı bildirilib ki, müayinə üçün MRT çəkilişi aparılıb:

"Müayinələr nəticəsində sol arxa əzələdə qanaxma və ödem aşkarlanıb. Dərhal futbolçunun müalicəsinə başlanılıb".

"Fənərbağça"nın "Tvente" ilə çətin səfər matçında Çağlar Söyüncünün meydana çıxmayacağı dəqiqləşib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı