"Real" razılıq verdi - Ulduz futbolçu gedir

"Liverpul" “Real Madrid”in futbolçusu Aurelien Tchouamenini transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, 2022-ci ildə "Monako"dan "Real Madrid"ə transfer olunan Tchouameni o zaman da "Liverpul"un marağına səbəb olub, lakin futbolçu Madridə getməyə üstünlük verib. İddialara görə, “Real Madrid” böyük təklif gələcəyi halda Tchouameni satmağa razılıq verib. İspaniya mətbuatının yazdığına görə, "Real Madrid"in futbolçunu 80 milyon avro qarşılığında sata bilər.

"Liverpul" da futbolçu üçün böyük məbləğ ayırıb. Bildirilir ki, “Liverpul” bundan əvvəl Martin Zubimendini heyətinə qatmaq istəsə də, bu transferi həyata keçirə bilməyib. Tchouameni Zubimendidən daha müdafiəyə meyilli yarımmüdafiəçi kimi tanınır və bu, “Liverpul”un yeni transfer axtarışı üçün münasib seçim kimi seçilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR