İsrail əsgərləri Livanda belə irəliləyir - VİDEO

İsrail ordusu Livanın cənubunda davam edən quru əməliyyatları ilə bağlı yeni görüntüləri yayıb.

Metbuat.az İHA-ya istinadən xəbər verir ki, kadrlarda İsrail hərbçilərinin cəbhə xəttində irəliləməsi əks olunub.

Qeyd edək ki, sentyabrın 23-də İsrail Livanda hücum əməliyyatına başladığını elan edib. Əməliyyat “Şimal oxları” adlanırıb. Beyrut və ətraf rayonları kütləvi hücumlara məruz qalıb. O vaxtdan bəri İsrail ordusu ondan çox Hizbullah döyüşçüsü və komandirinin öldürüldüyünü bildirib. Oktyabrın 1-nə keçən gecə İsrail hərbçiləri Livanda məhdud quru əməliyyatına başladığını elan edib. Əməliyyatın məqsədi sərhəddə silahlıların mövqelərini məhv etməkdir.

Həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR