Asiya Futbol Konfederasiyası Hindistanın “Mohun Baqan” klubuna sərt cəza tətbiq edib.
Metbuat.az xəbər verir ki, klub Asiya Çempionlar Liqasının II Divizionundan qovulub. Asiya Futbol Konfederasiyasının məlumatına görə, buna səbəb “Mohun Baqan” klubunun Çempionlar Liqasının II turunda "Traktor"la səfər oyununa getməməsidir. Oyun ötən həftə Təbrizdə baş tutmalı idi. “Mohun Baqan” klubu oyuna çıxmadığı üçün "Traktor"a 3-0 hsabə ilə texniki qələbə verilib.
Sonuncu ölkə çempionu olan "Mohun Baqan" altıqat Hindistan çempionudur.