Tarix səhnəsindən silinmiş 10 ölkə - SİYAHI

Tarix boyunca dünya xəritəsində mövcud olmuş, lakin zamanla tarix səhnəsindən silinmiş ölkələr var. Onlar arxasında maraqlı və bəzən də sirli hekayələr qoyub.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, müharibələr, inqilablar, birləşmələr və ya parçalanmalar nəticəsində yoxa çıxan bu dövlətlər tarixə qovuşub.

Həmin ölkələri təqdim edirik:

Burma (Myanmar)
Burma 1989-cu ildə rəsmi olaraq adını Myanmar olaraq dəyişdirmişdir. Lakin bir çox ölkə hələ də bu adı qəbul etməmişdir.

Seylan (Şri-Lanka)
Hind okeanında yerləşən bu ada dövləti 1972-ci ildə adını Sri Lanka olaraq dəyişdirmişdir.

Sikkim
17-ci əsrdən 1975-ci ilə qədər bir krallıq olaraq mövcud olub. Daha sonra Hindistanla birləşərək öz müstəqilliyini itirmişdir.

Həbəşistan (Efiyopiya imperiyası)
Şimal-Şərqi Afrikada yerləşən Həbəşistan krallığı 20-ci əsrin əvvəllərində Eritre və Efiopiya əyalətlərinə bölünərək süqut etmişdir.

Tibet
Yeddinci əsrdə krallıq kimi yaranmış Tibet 1950-ci ildə Çin tərəfindən işğal olunmuş və hazırda Çinin Xizang Muxtar Bölgəsi kimi tanınır.

Avstriya-Macarıstan İmperiyası
1867-ci ildə qurulmuş bu imperiya Avstriya və Macarıstanla yanaşı, bir çox Orta Avropa və Balkan ölkələrini əhatə edirdi. I Dünya Müharibəsinin sonunda süqut etdi.

Çexoslovakiya
Şərqi Avropada yerləşən Çexoslovakiya 1993-cü ildə sülh yolu ilə Çexiya və Slovakiya olaraq iki dövlətə ayrılmışdır.

Prusiya
1660-cı ildə yaranan Prusiya krallığı müasir Almaniyanın şimalını və Polşanın qərbini əhatə edirdi. II Dünya Müharibəsindən sonra dağılmışdır.

Böyük Kolumbiya (Gran Colombia)
1819-1830-cu illər arasında mövcud olan Böyük Kolumbiya, bu günkü Kolumbiya, Panama, Venesuela və Ekvador ərazilərini əhatə edirdi. Venesuela və Ekvadorun birlikdən ayrılması ilə sona çatmışdır.

Qeyd edək ki, bu ölkələr hazıda mövcud olmasa da, onların yaratdığı siyasi, iqtisadi və mədəni təsirlər bu gün də hiss olunmaqdadır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR