Tullantı kimi atdığı qablar sənət əsəri imiş

Hollandiyada muzeyin yeni işçisi sənət əsəri hesab edilən qabları tullantıya atıb.

Metbuat.az xəbər verir ki, yeni işçi qabları tullantı hesab edib. Məlum olub ki, qablar boya ilə rənglənib və sənət əsərinin ərsəyə gəlməsi üçün böyük zəhmət çəkilib. Məlumata görə, muzey rəhbərliyi çox vaxt ziyarətçiləri təəccübləndirmək üçün əsərləri qeyri-adi yerlərdə sərgiləyir. Bildirilir ki, tətildən qayıdan digər işçi vaxtında müdaxilə edərək, qabları tullantı yerindən götürərək, xilas edib.Ardınca əsər ənənəvi nümayiş sahəsi olan plint üzərində yerləşdirilib.

Qeyd edək ki, bu, muzeydə baş verən ilk qeyri-adi hadisə deyil. 2023-cü ildə Seuldakı muzeydə italyan rəssam Mauritsio Kattelanın divara yapışdırdığı banan əsəri ziyarətçi tərəfindən yeyilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı