“Real Madrid”in gənclər komandasının baş məşqçisi Raul Qonzales mövsümün sonunda işindən ayrılacaq.
Metbuat.az xəbər verir ki, Raul Qonzales 6 ildir “Real”ın gənclər komandalarına rəhbərlik edir. Raul əvvəlcə “Real Madrid”in 19 yaşadək futbolçulardan ibarət komandasını çalışdırıb. O, UEFA Gənclər Liqasını qazandıqdan sonra Kastiliyaya rəhbərlik edib. “Marca” qəzeti xəbər verir ki, hətta bir müddət onun “Real”ın əsas komandasını çalışdırması gündəmə gəlmişdi. Raulun son illərdəki işindən narazı olan rəhbərlik, ona istefaya göndərəcəyini ifadə edib. Raul bir neçə dəfə üçüncü divizionda yüksəlməyə yaxın olsa da, ötən mövsümün orta göstəricisi və bu mövsüm “Kastilya”nın aşağı liqa zonasında olması bu qərarın verilməsində təsirli olub. Raul klubda başqa vəzifədə işləyə bilər.
Raulun adı Almaniyanın bir neçə klubla xüsusilə onun keçmiş klubu “Şalke” ilə hallanır. Raulun yerinə Alvaro Arbeloanın keçəcəyi deyilir.