Hücumları dayandır və geri çəkil - İsrailə xəbərdarlıq

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Fransanın tələbi ilə Livandakı hadisələri müzakirə etmək üçün sessiya keçirilib.

Metbuat.az xəbər verir ki, iclasda Livana hücumlar təşkil edən İsrailə xəbərdarlıq edib. Təhlükəsizlik Şurasında qəbul edilən qərarə əsasən İsraildən quru qüvvələrini dərhal Livandan çıxarılması tələb edilib.

BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rosemary Dikarlo bildirib ki, İsrail Livanı bombalamağı dayandırmalı və quru qoşunlarını dərhal ölkədən çıxarmalıdır. O, həmçinin “Hizbullah”dan İsrailə raket hücumlarını dayandırmağı tələb edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı