Mesut Özil "Qarabağ" klubunun qonağı oldu

Almaniya millisinin sabiq futbolçusu Mesut Özil "Qarabağ" klubunun qonağı olub.

Metbuat.az-ın məlumatına görə, keçmiş yarımmüdafiəçi "Azərsun Arena"da "köhlən atlar"ın açıq məşqini izləyib.

Hazırlıq prosesini ölkəmizdə səfərdə olan professor İrfan Gündüzün rəhbərlik etdiyi nümayəndə heyəti, Ağdam təmsilçisinin rəsmi şəxsləri və çox sayda azarkeş də izləyiblər.

Ardınca ulduz futbolçu baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb.

Qeyd edək ki, Mesut Özil karyerası ərzində Almaniyada "Şalke 04", "Verder", İspaniyada "Real", İngiltərədə "Arsenal", Türkiyədə "Fənərbağça" və "Başakşehir" kimi klubların formasını geyinib. O, 2014-cü ildə Almaniya yığması ilə dünya çempionu olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR