Ərdoğan Gülənin ölümündən danışdı

"Millətin övladlarına xeyriyyəçilik adı ilə manipulyasiya edənlərin sonu iblislər kimi şərəfsiz ölüm oldu. O, şəhidlərin qanının hesabını vermədən dünyadan getdi".

Metbuat.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Baş xainin ölümüylə şəhid ailələrinin ürəyi bir az da soyuyar. Türkiyəyə xəyanət edənlərin sonu görünür. Dövlət olaraq FETÖ tamamilə ləğv olunana qədər mübarizəmizi qətiyyətlə davam etdirəcəyik. İstər ölkədə, istərsə də dünyanın ən ucqar küncündə dövlətimizin bütün qurumları FETÖ-cuları qarabaqara izləyəcək”, - Ərdoğan deyib.

Qeyd edək ki, FETÖ lideri Fətullah Gülən ABŞ-də müalicə aldığı xəstəxanada ölüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı