Bu gün bir ilk yaşana bilər

"Qalatasaray" UEFA Avropa Liqasının üçüncü turunda İsveçin "Elfsborg" komandasını qəbul edəcək.

Metbuat.az xəbər verir ki, bu gün baş tutacaq qarşılaşma Bakı vaxtı ilə 18:30-da başlayacaq.

Azərbaycan azarkeşlərinin də maraqla gözlədiyi qarşılaşma ilə bağlı bəzi statistikaları təqdim edirik:

- "Qalatasaray" klubunun İsveç komandası ilə ilk Avropa kuboku qarşılaşması 1976-cı ilin sentyabrında AIK-ə qarşı olmuş və bu oyunda 2-1 hesabı ilə qalib gəlmişdi. Lakin bundan sonra keçirilən altı qarşılaşmada qalib gələ bilməyib (2 bərabərlik, 4 məğlubiyyət).

- İsveç komandaları Avropa kuboklarında Türkiyə rəqibləri ilə keçirdikləri son beş səfər oyununda məğlub olmayıb (4 qələbə, 1 bərabərlik).

- UEFA Avropa Liqasında keçirdiyi son iki ev oyununu qazanan "Qalatasaray" bu turnirdə ardıcıl 3 və ya daha çox ev qələbəsi aldığı tək seriyanı 1992-ci ilin sentyabrından 1999-cu ilin dekabrına qədər yaşayıb (4 oyun). Okan Buruk "Galatasaray"ın başında ardıcıl üç Avropa Liqası ev qələbəsi alan ilk türk məşqçi olmaq istəyir.

- Avropa kuboklarında keçirdiyi son üç oyunun ikisini qazanan "Elfsborg" (1 məğlubiyyət), əvvəlki 23 qarşılaşmada qazandığı qələbə sayını bərabərləşdirib (2 qələbə, 6 bərabərlik, 15 məğlubiyyət).

- Bu mövsüm evində oynadığı tək Avropa Liqası oyununda PAOK-u 3-1 hesabı ilə məğlub edən "Qalatasaray" Avropa kuboklarında qrup mərhələsində keçirdiyi ilk iki ev oyununu qazandığı son mövsümü 2008/09 UEFA Kubokunda yaşamışdı (2-1 "Bellinzona", 1-0 "Olympiakos").

- Cari mövsüm Avropa kuboklarında ən çox qələbə qazanan iki komandadan biri "Elfsborg"dur (7 qələbə; digəri Vitoria Guimaraes), bu isə onların əvvəlki üç mövsümdə qazandıqları ümumi qələbə sayından çoxdur (2022/23: 0, 2021/22: 4, 2015/16: 3).

- UEFA Avropa Liqasının ilk iki həftəsində "Porto" ilə birgə ən çox dəqiq zərbə vuran iki komandadan biri "Qalatasaray"dır (16 zərbə), o cümlədən "Braga"nın (4.9 xG) ardınca ən yüksək gözlənilən qol dəyərinə sahibdir (4.8 xG).

- Yunus Akgün Avropa kuboklarının seçmə mərhələsi sonrası mərhələlərində Burak Yılmazdan (2012-ci ilin oktyabrından 2013-cü ilin martına qədər 6 oyunda) bəri ardıcıl 3 və ya daha çox oyunda qol atan ilk "Qalatasaray" futbolçusu olmaq üçün sahəyə çıxacaq.

- Bu mövsüm "Elfsborg" forması ilə Avropa kuboklarında ən çox qol töhfəsi verən futbolçu Michael Baidoo olub. O, bu müddət ərzində çıxış etdiyi 10 oyunda 7 qolda pay sahibi olub (4 qol, 3 asist).

- UEFA Avropa Liqasında keçirdiyi 14 oyunun yedisini qazanan Okan Buruk (2 bərabərlik, 5 məğlubiyyət) bu turnirdə ən çox qələbə qazanan türk məşqçiləri olan Aykut Kocaman (8 qələbə), Mustafa Reşit Akçay (8 qələbə) və Şenol Güneşin (8 qələbə) rekordlarına şərik olmaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı