Türkiyədə ikinci zəlzələ daha güclü oldu

Türkiyədə 5 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) bildirilib.

Saat 20.07-də episentri Adananın Kozan rayonunda olan zəlzələnin 20,13 kilometr dərinlikdə baş verdiyi müəyyən olunub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Qeyd edək ki, bu gün Türkiyədə Ayvacık vilayətində 4.3 bal gücündə zəlzələ olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı