Ronaldodan Qvardiola ilə bağlı çılğın plan

Braziliya millisinin əfsanəvi keçmiş hücumçusu Ronaldo “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ilə bağlı arzusunu açıqlayıb.

Metbuat.az xəbər verir ki, əfsanəvi hücumçu Ednaldo Rodriqesdən sonra Braziliya Futbol Federasiyasının prezidentli olmaq istəyir. Bildirilir ki, Ronaldo gələn il keçiriləcək seçkilərdə prezident seçilərsə, onun ilk işi "Siti"nin baş məşqçisi Qvardiolanı Braziliyanın yeni baş məşqçisi təyin etmək olacaq.

Qeyd edək ki, “The Athletic”, Braziliya nümayəndələrinin Qvardiolanı vəzifəyə gətirmək üçün bir neçə dəfə ona zəng etdiyini bildirmişdi. Lakin hazırkı prezident Rodriqes, Dorival Juniorun milli komandanın baş məşqçisi kimi davam etməsini dəstəkləyərək, bu iddiaları rədd edib. Pep Qvardiolanın “Mançester Siti” ilə müqaviləsini daha bir il artıracağı deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı